Gündəm / Dünya
03 avqust 2024
0
Döyüş bölgəsindən çıxarılan 2 bayquş Kiyev zooparkına yerləşdirilib

Ukraynada döyüş bölgəsindən xilas edilən bayquşlar Kiyev zooparkında yeni ev tapıb.
Arey və Maqura adlı iki bayquş ukraynalı əsgərlər tərəfindən Xarkov vilayətinin Liptsi kəndi yaxınlığındakı müharibədən zərər çəkmiş evdə tapılıb.
Quşlar qəfəsdə ac və taqətdən düşmüş vəziyyətdə aşkar edilib və dərhal döyüş bölgəsindən təxliyə edilib.
Bayquşlar Ukraynanın Baş Hərbi Kəşfiyyat İdarəsinin simvoludur, ona görə də quşlar idarənin rəisi Kirill Budanova həvalə edilib.
Zooparkın direktoru Kirill Trantin əmin edib: "Biz quşları bu çətin dövrlərdə belə onların rifahını təmin etmək üçün reabilitasiya edirik və uyğunlaşdırırıq."

Daha çox xəbər:

Ukrayna müdafiə nazirini öldürmək İSTƏDİLƏR
Gündəm / Dünya
Ukrayna yazda Rusiyaya qarşı böyük hücuma hazırlaşır
Gündəm / Dünya
Rusiya sərhəddi keçən 5 ukraynalı kəşfiyyatçını ÖLDÜRDÜ - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Ukraynada müharibədən əziyyət çəkən uşaqlar Bakıya gətirildi
Gündəm / Sosial
Cəbhə bölgəsində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib Cəbhə bölgəsində bölmələrin döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib
Siyasət