Gündəm / Dünya
07 avqust 2024
0
Ukraynaya taktiki nüvə silahları verilib - Şok iddia

Ukraynaya taktiki nüvə silahları verilib.
Bu iddia ilə Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin çıxış edib.
Onun sözlərinə görə, F-16 qırıcılarının Ukraynaya çatdırılması taktiki nüvə silahlarının da ötürüldüyündən xəbər verir:
"Birincisi, F-16-lar artıq mövcuddur və əminəm ki, Ukraynada taktiki nüvə silahları da var".
"Nyusvik" nəşri məsələ ilə bağlı qeyd edib ki, Qərbin ukraynalılara nüvə silahı göndərdiyinə dair heç bir sübut yoxdur. Ukrayna Budapeşt Memorandumu çərçivəsində Rusiya və ABŞ-ın təhlükəsizlik zəmanəti müqabilində nüvə arsenalından imtina edib. Buna baxmayaraq, kremlyönlü media və rəsmilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri dəfələrlə nüvə silahı haqqında xəbərlər yayıblar.

Daha çox xəbər:

Rusiya nüvə silahını bu tarixdə Belarusa yerləşdirəcək
Gündəm / Dünya
Lavrov Putinin bu sözlərini TƏKZİB ETDİ
Gündəm / Dünya
İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq
Gündəm / Dünya
Bayden Belarusdan danışdı: Çox mənfi
Dünya
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Gündəm / Dünya