Gündəm / Cəmiyyət
17 avqust 2024
0
Prezident Pakistanla bağlı bu sənədləri təsdiqlədi
Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib.
Prezident İlham Əliyev bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna edilmiş dəyişikliklə lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşib.
Belə ki, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Bundan əlavə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Daha çox xəbər:
Ölkədə yeni rüsumlar müəyyən edilir
Gündəm / CəmiyyətAudiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları TƏSDİQLƏNDİ
Gündəm / SiyasətBu sənədlərə görə yeni dövlət rüsumları TƏTBİQ EDİLƏCƏK
Gündəm / CəmiyyətMüdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Gündəm / CəmiyyətMedia üçün dövlət rüsumunun 10 dəfə azaldılması təsdiqləndi
Gündəm / Cəmiyyət