Gündəm / İdman
19 avqust 2024
0
Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib
Xorvatiyada yerli "Dinamo" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.
Daha çox xəbər:
“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı bilindi
İdman"Qarabağ"-"Sürix" matçının vaxtı məlum oldu
İdmanKonfrans Liqası: "Zirə"nin Bakıdakı oyununu latviyalı hakim idarə edəcək
Gündəm / İdman“Bazel” – “Qarabağ” matçının hakimləri bəlli oldu
İdmanAzərbaycan - Norveç oyununun hakimləri AÇIQLANDI
İdman