Gündəm / Dünya
24 avqust 2024
0
Rusiyada qiyam baş verən həbsxananın işçiləri dindirilir
Rusiyada müstəntiqlər dünən Volqoqrad vilayətində qiyam baş verən cəzaçəkmə müəssisəsinin əməkdaşlarını dindirməyə başlayıb.
Bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarında mənbəyə istinadən TASS yayıb.
Bildirilir ki, insidentdən sonra sözügedən həbsxanada əməliyyat-istintaq qrupu fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, işçilərlə yanaşı məhbuslar da dindirilir.
Mənbənin sözlərinə görə, cəzaçəkmə müəssisəsinə qadağan olunmuş təşkilatların bayraqlarının necə gətirilməsi, məhbusların bıçaq, qayçı, mobil telefon, partlayıcı qurğu üçün komponentləri necə əldə etməsi araşdırılır.
Xatırladaq ki, avqustun 23-də Volqoqradda ciddi rejimli cəzaçəkmə müəssisəsində dörd məhbus həbsxananın əməkdaşlarını girov götürüb. Məhbuslardan ikisinin Özbəkistan, ikisinin isə Tacikistan vətəndaşı olduğu məlum olub. İnsident zamanı həbsxananın 4 əməkdaşı həlak olub. Hadisəni törədən 4 məhbus zərərsizləşdirilib, girovlar azad edilib. Rusiya Prezidenti Vladimir Putin insidentlə bağlı iclas keçirib.

Daha çox xəbər:

Rusiyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər
Gündəm / Cəmiyyət
Həbsxanada qiyam çıxdı, 34 məhkum qaçdı
Dünya
İranda həbsxanada partlayış
Gündəm / Dünya
Məhbuslar arasında qanlı toqquşma: 20 ÖLÜ
Gündəm / Dünya
Kürdəmirdə ağr qəza baş verib, xəsarət alanlar var
Gündəm / Hadisə