Gündəm / Dünya
04 sentyabr 2024
0

Ermənistanda Qərbi Nil virusundan neçə nəfər ölüb?


Ermənistanda virusa yoluxan 92 xəstə qeydə alınıb. Bu xəstəlikdən bir nəfər ölüb.

Bunu Ermənistan Səhiyyə Nazirliyi Qərbi Nil qızdırmasından 3 nəfərin ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Nazirliyin məlumatına görə, yoluxma nəticəsində üç nəfərin ölməsi hələlik təsdiqləməyib.

"Ölümlərin xəstəliklə səbəb-nəticə əlaqəsi hələ qeydə alınmadığından bu məlumat təsdiqini tapmayıb", - Səhiyyə Nazirliyi qeyd edib.

Bildirək ki, erməni mətbuatı Armavir vilayətində 3 nəfərin bu xəstəlikdən öldüyü barədə məlumat yayıb.