Gündəm / Dünya
09 sentyabr 2024
1
Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir
İrəvan və Brüssel viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır. Faktiki olaraq Ermənistan Avropa İttifaqı ilə gündəlikdə duran məsələri genişləndirir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinas görüşündə deyib.
“Şadam ki, münasibətlərimizdə nəzərəçarpacaq dəyişikliklər var: viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır, Avropa Sülh Fondu ilə Ermənistan Respublikasına dəstək verilməsi barədə qərar qəbul edilib, biz bunu çox yüksək qiymətləndiririk... Bu, (Aİ-yə daxil olmaqla bağlı məsələ -red.) asan məsələ deyil, amma artıq Ermənistanın siyasi gündəminin bir hissəsinə çevrilib, ona görə də bu mövzuya ətraflı və hərtərəfli yanaşmaq lazımdır. Burada Aİ-dən olan tərəfdaşlarımızın müşahidələrini və məsləhətlərini dinləmək vacib olacaq”, - Paşinyan bildirib.
Daha çox xəbər:
"Sülhün bərqərar olması xalqımızın arzusudur" - Paşinyan
Gündəm / DünyaNikol Bakı ilə razılaşmanı “ağzından qaçırdı”
Gündəm / CəmiyyətBrüssel Paşinyan və Əliyevin iştirakı ilə dördtərəfli görüş ideyasından əl çəkməyib
Gündəm / SiyasətErməni xalqının Avropa istəyi var - Paşinyan
Gündəm / CəmiyyətPaşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram və Bakı ilə birbaşa danışıqlara üstünlük verirəm
Gündəm / Dünya