Gündəm
17 iyul 2020
50
Tovuzda ermənilərin top mərmisinin qalıqları aşkarlandı
Milliinfo.az
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:06-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisində 1 ədəd mərminin düşməsi barədə məlumatlar daxil olub.
ANAMA-dan “Report“a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış 122 mm-lik top mərmisinin (OF-56-1) qalıqları aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin qalıqlarının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Daha çox xəbər:

Ermənilərin Tovuzun kəndinə atdığı top mərmisi zərərsizləşdirilmək üçün götürülüb
Gündəm
Azərbaycanda evdə raket tapıldı - FOTOLAR
Gündəm
Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO
Hadisə
Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilidi
Gündəm
Evində narkotik yetişdirən Tovuz sakini saxlanıldı
Gündəm