Gündəm / Dünya
13 sentyabr 2024
0
Trampın Ukrayna ilə bağlı sülh planı açıqlandı
Donald Trampın Ukrayna böhranının sülh yolu ilə həlli planı Rusiya ilə Ukrayna arasında hazırkı demarkasiya xətti boyunca demilitarizasiya zonasının yaradılmasını, habelə Rusiyanın Ukraynanın neytral statusuna təminatının verilməsini nəzərdə tutur.
Bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib.
“Bu, yəqin ki, belə görünəcək: Rusiya ilə Ukrayna arasındakı demarkasiya xətti demilitarizasiya zonasına çevriləcək. Ukrayna öz müstəqilliyini və suverenliyini qoruyub saxlayır. Rusiya Ukraynadan NATO və bu qəbildən olan digər müttəfiq qurumlarla bitərəflik və qoşulmamaq zəmanəti alır”, - deyə Vens bildirib.
Daha çox xəbər:
Putinin planı baş tutsa, Ukrayna sağ qala bilməyəcək - Şolts
Gündəm / DünyaRusiya-Ukrayna görüşü təxirə salındı - YENİLƏNİB
Gündəm / DünyaUkrayna XİN Rusiya ilə sülh şərtlərini AÇIQLADI
Gündəm / Dünya"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / DünyaGürcüstan və Ukrayna NATO-ya üzv olacaq
Gündəm / Dünya