Gündəm / Siyasət
23 sentyabr 2024
0
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
“Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətllərinin planları göz qabağındadır”, - deyən dövlət başçısı bildirib ki, təbii, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı onlar üçün, sadəcə, bir alət, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasınlar, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və digər Ermənistanın qonşuları üçün təhdid mənbələri yaratsınlar və beləliklə, öz maraqlarını təmin etsinlər.
Daha çox xəbər:
"Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz" - Prezident
Gündəm / Siyasət"Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər" - Dövlət başçısı
Gündəm / Siyasət"Vasitəçilər bizə 1974-1978-ci illərin xəritələrini veriblər" - Ermənistan XİN
Gündəm / Dünya"Ermənistan təbii sərvətlərimizi xarici bazarlara ixrac edib" - Dövlət başçısı
SiyasətMüstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi
Gündəm / Siyasət