Gündəm / Cəmiyyət
26 sentyabr 2024
0
Cəbrayıla ilk köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Daha çox xəbər:
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Gündəm / Cəmiyyət134 nəfər Füzuliyə YOLA SALINDI
Gündəm / CəmiyyətLaçının Sus kəndinə növbəti köç karvanı yola salınıb
Gündəm / Cəmiyyət27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb - YENİLƏNİB
Gündəm / CəmiyyətFüzulinin daha 68 sakini doğma yurda qayıdır
Gündəm / Cəmiyyət