Gündəm / Siyasət
26 sentyabr 2024
0

Səfir: “Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub”

Səfir: “Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub”


Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub.

Bunu Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema Xəzər Su İnnovasiya Forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası zamanı su da mühüm mövzu olacaq: “Xatırlatmaq istəyirəm ki, bu çərçivədə iyul ayında Hollandiyanın su elçisi Azərbaycana səfər edib. Niderlandın su idarəçiliyi sahəsində böyük təcrübəsi bütün dünyada tanınır. Bu, tarix və nəsillər boyu qurulmuş, zəngin biliyə əsaslanan təcrübədir".

Səfir bildirib ki, Azərbaycan heyrətamiz təbii gözəlliklərə, zəngin təbii sərvətlərə, mədəniyyətə malik ölkədir: “Bir çox başqa ölkələr kimi, Azərbaycan da su ehtiyatlarının idarəolunmasında ciddi problemlərlə üzləşir. Suyun idarəedilməsində çoxəsrlik təcrübəsi olan Niderland da oxşar problemlərlə üzləşib. Ölkəmiz sudan istifadə edərək su idarəçiliyini inkişaf etdirməyi də öyrənib. Bu torpaqlarımızı dənizdən qorumaq ehtiyacına görə formalaşıb".

O deyib ki, Niderland şirkətləri bu gün tədbirdə iştirak edirlər: “Bu şirkətlər su idarəçiliyi sahəsində innovativ həllər təqdim edirlər. Niderland şirkətləri bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdırlar. Bu gün forum çərçivəsində panellərdən biri Niderland təcrübəsinə həsr olunacaq”.