Gündəm / Siyasət
01 oktyabr 2024
2
Prezident Polad Bülbüloğlunun yerinə onu təyin etdi

Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Qeyd edək ki, ölkəmizin Rusiyadakı əvvəlki səfiri Polad Bülbüloğlu VII Çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən geri çağırılıb.

Daha çox xəbər:

Prezident bu ölkələrə yeni səfirlər təyin etdi - SƏRƏNCAM
Gündəm / Siyasət
Azərbaycanın Tailanddakı səfiri dəyişdi - Sərəncam
Gündəm / Siyasət
Prezident Səməd Həsənovu səfir təyin etdi
Gündəm / Siyasət
İlham Əliyevdən yeni səfir təyinatları - Yenilənib
Gündəm / Siyasət
İlham Əliyev bu ölkələrə səfir TƏYİN ETDİ
Gündəm / Cəmiyyət