Gündəm / Cəmiyyət
09 oktyabr 2024
0
Nəzrinin ölümündə ittiham edilən sınıqçı ev dustağı oldu
Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxs barəsində istintaq orqanının təqdimatına baxılıb.
Biləsuvar rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər.
Qeyd edək ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.(APA)
Daha çox xəbər:
Masallıda 30 yaşlı kişi döyülüb öldürüldü
Gündəm / HadisəBakıda öz həmyerlisini öldürən Çin vətəndaşı HƏBS EDİLDİ
HadisəBakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçildi
Gündəm / HadisəBakıda qadın 1 yaşlı övladının yeməyinə zəhər qataraq onu qətlə yetirib
HadisəVəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Hadisə