Gündəm / Cəmiyyət
15 oktyabr 2024
0
Bakı metrosunda qatarların hərəkətində 11 dəqiqə yubanma olub

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarı "28 May" stansiyasında olarkən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb
Bildirilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb: "Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var"

Daha çox xəbər:

Bakı metrosunda PROBLEM - Qatardan sərnişinlər düşürüldü
Cəmiyyət
“Nizami” stansiyasında texniki nasazlıq - Sərnişinlər düşürüldü
Gündəm / Hadisə
Metro istifadəçilərinə ŞAD XƏBƏR - Bu gündən...
Gündəm / Cəmiyyət
Metroda 9 dəqiqə gecikmə: sıxlıq yarandı
Sosial
Metroda problem yarandı, sərnişinlər təxliyə olundu - Foto
Gündəm / Cəmiyyət