Gündəm
23 iyul 2020
30
Mingəçevirdə evi qanunsuz tərk edən koronavirus xəstəsinə cinayət işi başlanıldı
Milliinfo.az
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb.
Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb.
Hazırda Y.Rəhimovun əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daha çox xəbər:
Sumqayıtda gül adıyla çətənə əkən şəxs saxlanılıb
HadisəSumqayıtda sexdən 31 ton metal oğurlanıb
HadisəAzərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
GündəmPolis 60 kq narkotiki ələ keçirdi
GündəmMilli parkdan qanunsuz ov edən şəxs SAXLANILDI - RƏSMİ / FOTOLAR
Gündəm