Gündəm / Dünya
19 oktyabr 2024
0

Talibandan daha bir qadağa: Bütün canlı varlıqlar...

Talibandan daha bir qadağa: Bütün canlı varlıqlar...


Əfqanıstanda Taliban hakimiyyəti kişilərə qərbli görünmək üçün qoyduğu qadağadan sonra yeni qadağa ilə gündəmə gəlib.

Media təşkilatlarına canlıların fotoşəkillərini dərc etməyi qadağan edən Taliban hökuməti cbunun şəriət qanunlarını pozduğunu bildirib.

Əfqan rəsmiləri qadağanın bütün bölgələrə aid olduğunu və mərhələli şəkildə həyata keçiriləcəyini bəyan ediblər.

Yəni Taliban rejimi bütün canlı varlıqların fotosunun çəkilməsini və yayımlanmasını qadağan edib.

Qeyd edək ki, Taliban administrasiyası ötən aylarda qadınlara ictimai yerlərdə səslərini ucaltmaqla, kişilərə isə yumruq uzunluğunda saqqal uzatmaqla, qeyri-müsəlmanları təqlid etməklə, cins şalvar geyinməklə bağlı qadağa qoyub. Həmçinin kişilərə öz arvadlarından və ya qohumlarından başqa qadınlara baxmaq da qadağandır. (Ölkə)