Gündəm / Cəmiyyət
01 noyabr 2024
0
Bürclər üçün noyabr proqnozu - əyləncə, həzz, hobbi
Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstərir. Astroloqlar bu hərəkətləri şərh edir və bürclərə təsirlərini aşkar edirlər.
Aylıq ulduz falı şərhlərinə baxarkən bəzi bürclər əyləncə, həzz və hobbilərə, bəziləri isə daha fərdi və ya hərtərəfli layihələrə yönəlir.
Bu ay hansı bürcdə nə kimi dəyişikliklər olacaq?
Noyabr ayında Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar bürcünü nələr gözləyir?
Qoç
Qoçlar noyabr ayı dəyərlərini və məqsədlərini yenidən qiymətləndirəcək dövrə qədəm qoyacaq. Həyatınızda həqiqətən nəyin vacib olduğunu düşünməyə başlayacaqsınız. Önümüzdəki günlərdən özünüzü təkmilləşdirmək və harmoniya tapmaq üçün istifadə edin. Yeni iş təkliflərinə hazır olun. Çalışıb düzgün qərar vermək lazımdır.
Ehtiyatlı davranmağa və diqqətlə planlaşdırmağa başlasanız, maliyyə sahəsi sabit vəziyyətə gələcək. Ayın ikinci yarısı yeni tanışlıqlar istisna edilmir.
Buğa
Noyabr ayı özünüzü ifadə etmə ehtiyacınız artacaq, buna görə də adi haldan çox daha qətiyyətli və məqsədyönlü olacaqsınız. Peşəkar sahədə bacarıqlarınızı tam üzə çıxarmağa imkan verəcək yeni çağırışlar sizi gözləyir. Şəxsi həyatınızda tərəfdaşınızın ehtiyaclarını unutmamalı və hər hansı güzəştlərə hazır olmalısınız.
Noyabrın birinci yarısı olmasa da, ikinci yarısı ailədaxili problemləriniz qismən yoluna düşəcək.
Əkizlər
Şəxsi və daxili təcrübələr bu ayda birinci yerdə olacaq. Yalnızlığa və düşünmək üçün vaxta ehtiyac duyacaqsınız. Ancaq noyabr ayı ailə və yaxınlarınız sizin üçün xüsusilə önəmli olacaq. Onlarla vaxt keçirmək fürsətini qaçırmayın.
Peşəkar sahədə özünüzə vaxt ayırın və yavaş hərəkət edin, tələsik qərarlar verməyin. Əkizləri noyabrın ikinci yarısı sevgi münasibətlərində müəyyən yeniliklər gözləyir.
Xərçəng
Noyabr ayının ilk günləri əkizlər fərqli insanlarla ünsiyyət quraraq yeni tanışlıqlar yaradacaq. Çox tapşırıq və ünsiyyət asanlığı bir sıra layihələri uğurla başa çatdırmağa kömək edəcək.
Bürcün nümayəndələri çalışıb ehtiyatlı davransınlar və anlaşılmazlıqların qarşısını almaq üçün tələsməsinlər. Şəxsi cəbhədə Xərçəngləri xoş anlar, eləcə də perspektivli yeni tanışlıqlar gözləyir.
Şir
Noyabr ayı Şirlər üçün mənəvi axtarış və özünü analiz ilə dolu olacaq. Dünyadakı yeriniz və həyatınızda hansı dəyişiklikləri istədiyinizi başa düşəcəksiniz. Bu ayda planlar qurmaq və yeni hədəflər təyin etmək üçün əlverişli zamandır. Maddi problemlər bu ay tam olmasa da, qismən həll yolunu tapacaq.
Romantik münasibətlərdə səmimi və açıq olun. Bu, partnyorunuzda inam yaradacaq.
Qız
Qız bürclərini qarşıdakı ayda aktiv və məşğul günlər gözləyir. Şəxsi cazibə və xarizma ən yaxşı şəkildə olacaq. Bu isə sosial əlaqələrdə və peşəkar işlərdə onlara çox kömək edəcək. Riskli işlərdən çəkinin və ağıllı davranın.
Şəxsi sferada gərginlik yaşana bilər. Ancaq səbir və anlayış münaqişələri tez həll etməyə kömək edəcək. Ayın ikinci yarısı demək olar ki, hər şey öz qaydasına düşəcək. Münasibətlərində anlaşılmazlıq yaşayan Qızlara, bu ay problemləri həll etmək üçün şanslar tanınacaq.
Tərəzi
Bu ay özünüzü xüsusilə enerjili və qətiyyətli hiss edəcəksiniz. Sizin bəsirətiniz, yenilikçi düşüncəniz və hər şeyin mahiyyətini görmək bacarığınız çətin vəziyyətlərdə kömək edəcək. Yeni bir layihəyə başlamaq və ya gözlənilən vəzifələri həll etmək istəyirsinizsə, indi ən yaxşı vaxtdır.
Şəxsi sferanızda ehtiraslar, parlaq emosiyalar və yeni təəssüratlar gözləyin. Tərəzilərin bu ay çətinlik çəkəcəyi yeganə məsələ maddiyat olacaq.
Əqrəb
Bu ay Əqrəblər üçün əsas məsələ balans məsələsi olacaq. Həyatınızın bütün sahələrində, xüsusən də şəxsi münasibətlərdə harmoniyaya can atacaqsınız. Rahatlıq zonanızdan çıxmaqdan qorxmursunuzsa, qarşınızda yeni imkanlar açılacaq.
Vacib məsələlərdə bütün cəsarətinizi və qətiyyətinizi göstərin və istədiyinizə nail ola biləcəyinizə əmin olun. Noyabr ayının ikinci yarısı yeni münasibətlərə başlamaq üçün yaxşı zamandır.
Oxatan
Noyabr ayının ilk günləri Oxatanları sabitlik və etibarlılıq gözləyir. Səyləriniz və işiniz xüsusilə karyera sahəsində öz bəhrəsini verməyə başlayacaq. Liderlik keyfiyyətlərinizi göstərmək şansını əldən verməməyə çalışın.
Şəxsi sferada sevdiyiniz insanın hisslərini qəbul etmək və anlamaq üçün səbirli olun. Diqqət və qayğı göstərin. Oxatanlara bu ay ərzində ailələri ilə vaxt keçirib, aralarındakı problemləri həll etmək məsləhət görülür.
Oğlaq
Noyabr ayı xüsusilə ünsiyyət və tanışlıq sahəsində sizə çoxlu xoş vəziyyətlər və anlar bəxş edəcək. Ünsiyyət bacarıqları ən yaxşı səviyyədə olacaq və bu, vacib tapşırıqları və layihələri uğurla yerinə yetirməyə imkan verəcək.
Maliyyə məsələlərində diqqətli olun, qərar qəbul etməyə tələsməyin. Romantik münasibətlər sferasında isə yeniliklər sizi gözləyir. Bu yeniliklərin əsasən noyabr ayının sonlarına doğru olacağı ehtimal olunur.
Dolça
Bu ay Dolçalar üçün emosiyalar yüksək olacaq. Onlar ətrafdakı dünyaya qarşı xüsusilə həssas olacaq və bu, şeylərin mahiyyətini daha dərindən başa düşməyə səbəb yaradacaq. Balıqların maddi və mənəvi sıxıntıları bu ay qismən həll olunacaq. Amma təəssüf ki, tam həllini tapmayacaq. Münasibətlərində problemlər yaşayan Dolçaların bu ay hissləri ilə deyil, məntiqləri ilə hərəkət etmələri tövsiyə edilir.
Balıqlar
Bu ay intellektual fəaliyyət ön plana çıxacaq. Balıqlar ideyalar və düşüncələr baxımından hazırcavab olacaq. Oxumaq və ya elmi iş asan keçəcək. Maraqlı təkliflər və ya layihələr ola bilər.
Hisslərinizi və diqqətinizi ən yaxınlarınıza göstərmək üçün anları qaçırmayın. Sevgi münasibətləriniz çox da yolunda getməyə bilər. Amma bunun üçün təəssüflənməyə dəyməz. Zamanla hər şey düzələcək. Bunun üçün bir az səy göstərmək lazımdır.
Milli.Az
Daha çox xəbər:
Bürclər bu günə nə deyir?
Gündəm / SosialMayın 29-nun ULDUZ FALI: Gərgin gün olacaq, düşünmədən qərar verməyə tələsməyin
Gündəm / SosialGünün qoroskopu: Karyeranızda əhəmiyyətli dəyişikliklər baş verə bilər
Gündəm / CəmiyyətVenera Qoç bürcünə keçdi – Martın 17-nə qədər həyatınızda nələr baş verəcək?
Gündəm / SosialBürclər bu günə nə deyir?
Gündəm / Sosial