Gündəm / Dünya
27 sentyabr 2021
22
“Taliban” kişilərə saqqalı qırxmaq və bərbərxanaya getməyi qadağan etdi
Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı əfqan kişilərinə saqqallarını qırxmağı və bərbərxanalara getməyi qadağan edib. “Taliban” bu qərarı İslam “normaları”nın tələbləri ilə izah edib.
Bu barədə yerli “Ettelaat” qəzeti Helmand əyalətinin məlumat və mədəniyyət şöbəsinin müdiri Hafiz Rəşid Helmandiyə istinadən məlumat yayıb.
Hafiz Rəşidin sözlərinə görə, ötən həftənin sonunda bölgədə qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur. Helmandın özündə, əvvəllər olduğu kimi, cənub-şərqdəki Qəndəhar əyalətində də musiqi qadağa qoyulub.
Daha çox xəbər:
"Taliban" televiziyanı ələ keçirib, xalqa mürcaiət etdi
Gündəm / Dünya“Taliban” mitinqdə saxlanılan jurnalisti sərbəst buraxıb
Gündəm / Dünya"Taliban" Əfqanıstanda müharibənin bitdiyini elan etdi
Gündəm / Cəmiyyət“Taliban”a ağır zərbə: 300 yaraqlı ÖLDÜRÜLDÜ
Gündəm / Dünya"Taliban"dan qadın tələbələr üçün yeni qayda - "Kişilərdən ayrı, yeni geyimdə..."
Gündəm / Dünya