Gündəm / Sosial
30 oktyabr 2024
1
Bakının bir sıra yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
3. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
6. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
13. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
