Gündəm / Siyasət
21 oktyabr 2024
0
COP29: Ermənistan rəsmiləri bu prosesə dəvət olunub

COP29-a ev sahibliyi edən Azərbaycan bütün iştirakçı ölkələr üçün açıq və inklüziv platforma yaradıb.
Bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev APA-nın Ermənistanın COP29-da mümkün iştirakına dair sualına cavabında deyib.
“Biz bütün ölkələrin, o cümlədən Ermənistan rəsmilərini dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət etmişik”, - Muxtar Babayev vurğulayıb.
COP29-un müəyyən olunmuş prezidenti qeyd edib ki, Azərbaycan hər bir nümayəndə heyəti üçün bütün lazımi şərtlərin yerinə yetirilməsini təmin edən BMT ilə “Təşkilatçı Dövlət Razılaşması” sənədini imzalayıb: “İnanırıq ki, bütün ölkələrin iştirakı məhsuldar müzakirələrə və müsbət nəticələrə töhfə verəcək”.

Daha çox xəbər:

Prezidentdən “Pre-COP29”un iştirakçılarına müraciət
Cəmiyyət
Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" adlı 29-cu ali səviyyəli toplantı keçirilir
Gündəm / Siyasət
COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib
Gündəm / Cəmiyyət
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Gündəm / Cəmiyyət
Rusiya XİN: COP29-da ölçülüb-biçilmiş qərarların əldə edilməsinə çalışacağıq
Gündəm / Dünya