Gündəm / İdman
23 oktyabr 2024
0
“Mənim elə çox adamım yoxdur ki, gecə klublarında olsun” - Qurban Qurbanov
“Çox vacib oyundur. Tanınmış komandaya qarşı oynayacağıq”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda sabah “Ayaks”a qarşı keçiriləcək matçdan danışıb: “Dünya futbolunda hücum oyunu ilə diqqət çəkən kluba qarşı çıxış edəcəyik. Həmişə azarkeşlər üçün maraqlı oyun göstəriblər. “Ayaks”ın Bakıya gəlməsi ajiotajdır.
Oyuna yaxşı hazırlaşmışıq. Vaxtımız oldu. Ümumi hazırlıq pis deyil. Çalışacağıq ki, azarkeşləri sevindirək. Ən yaxşı oyunlarımızdan birini oynayacağıq”.
Baş məşqçi daha sonra sualları cavablayıb.
- Marko Yankoviçin yanınızda oturması onu göstərir ki, sabah meydanda olacaq. Bu, sizə nə qədər rahatlıq verir?
- Bu gün daha bir məşqimiz var. Özünü yaxşı göstərsə, meydana çıxacaq.
- Sabiq futbolçunuz Raydel Pupon bildirib ki, Qurban Qurbanovun bütün gecə klublarında adamı var. Bu həqiqətən belədir?
- Klubda ən məsuliyyətli şəxs mənəm və futbolçularımın idman formasına cavabdehəm. Təbii ki, mən məsuliyyətli olmalıyam. Düzünü desəm, mənim elə də çox adamım yoxdur ki, gecə klubunda olsun. Mənim ətrafımda olanlar gecə klublarındakı əyləncə başlayana qədər yatırlar.
Raydel Pupon maraqlı insan idi. Gələndə çəkisi çox idi. Amma söz vermişdi ki, saxlayacaq. Bəzən futbolçuların şikayətlərini eşidirik. Müəyyən müddətdən sonra başa düşürlər ki, bu onların xeyrinədir.
Daha çox xəbər:
“Çox ciddi komandaya qarşı oynayacağıq” - Qurban Qurbanov
Gündəm / Cəmiyyət"Nant" qrupun ən təhlükəli komandasıdır" - Qurban Qurbanov
Gündəm / İdman“Bayer”ə qarşı həddən artıq dinamik olmalıyıq - Qurbanov
Gündəm / İdmanÜçüncü qol artıq oldu - Qurban Qurbanov
İdman / GündəmQurban Qurbanov: “Çox yaxşı komandaya qarşı məğlub olduq”
İdman