Gündəm / Cəmiyyət
24 oktyabr 2024
0
Ərdoğan rus dilində təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında iştirak edib.
Ərdoğan iclasda çıxışının sonunda auditoriyaya müraciət edərək rus dilində təşəkkür edib.
Belə ki, o, çıxışını “Spasibo” (Sağ olun) deyərək tamamlayıb. Bununla da, Türkiyə lideri sammitdə iştirakını başa vurub.
Onun, həmçinin Kazan aeroportuna yollandığı da qeyd olunub.
Xatırladaq ki, “Yeni Şafak” qəzeti Ərdoğanın dünən Ankarada baş verən terror hücumuna görə Kazana səfərini vaxtından əvvəl tamamlayacağını yazmışdı.

Daha çox xəbər:

İlham Əliyev BRİCS Sammitinin ilk plenar iclasında - Fotolar
Gündəm / Siyasət
İlham Əliyevin təyyarəsini hərbi helikopterlər müşayiət etdi
Gündəm / Siyasət
İlham Əliyevin Paşinyanla görüşü başladı
Gündəm / Siyasət
Ərdoğanın təyyarəsi Zəngilan aeroportuna eniş etdi - CANLI YAYIM
Gündəm / Cəmiyyət
Ərdoğan buna görə Qlazqo İqlim Sammitində iştirak etməyəcək
Dünya