Gündəm / Cəmiyyət
02 noyabr 2024
1
Fərid Qayıbov Elşən Məmmədova yeni vəzifə verdi - TƏYİNAT

Respublika Şahmat Mərkəzinə yeni direktor təyin edilib.
Gənclər və İdman Naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.
E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.
Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.
E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

Daha çox xəbər:

Yeni nazir: “Azərbaycan idmanındakı çətinliklərlə bağlı məlumatımız var” - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Prezident onu gənclər və idman naziri təyin etdi
Gündəm
Fərid Qayıbov yenidən bu qurumun prezidenti seçildi
Gündəm / İdman
Fərid Qayıbovdan yeni TƏYİNATLAR
Gündəm / Cəmiyyət
Prezidentdən Gənclər və İdman Nazirliyi ilə bağlı FƏRMAN
Gündəm / Siyasət