Gündəm / Dünya
07 noyabr 2024
0
Qarşıdurma hər iki tərəfə zərərlidir - Çin liderindən Trampa mesaj

Çin lideri Si Cinpin Donald Trampa təbrik teleqramı göndərib.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Trampa təbrik teleqramı göndərib", - məlumatda deyilir.
Çin lideri qeyd edib ki, qarşıdurma hər iki ölkə üçün zərərlidir, hər iki ölkə əməkdaşlığı inkişaf etdirməkdən faydalana bilər.
“Tarix göstərir ki, həm Çin, həm də ABŞ əməkdaşlığın inkişafından faydalanır, qarşıdurmadan isə uduzurlar”, - Si Cinpinin Donald Trampa göndərdiyi mesajda deyilir.
Si Cinpinin sözlərinə görə, sabit və sağlam Çin-Amerika münasibətlərinin qurulması hər iki tərəfin və dünya birliyinin maraqlarına uyğundur.

Daha çox xəbər:

Çin lideri Putindən Ukraynada "müharibə" başlatmamasını istədi
Dünya
Çin lideri Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək
Gündəm / Dünya
Putin Çin lideri ilə görüşə HAZIRLAŞIR
Gündəm / Siyasət
Şalvarını qaldırıb corabını Trampa göstərdi - FOTOLAR
Dünya
ABŞ-la Çin arasında ticarət müharibəsi yenidən başlaya bilər
Siyasət / Dünya