Gündəm / Dünya
21 noyabr 2024
0
Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu

Rusiya ordusu bu gün səhər Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri öz teleqram kanalında yayıb.
Məlumata görə, atəş zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atıb.
Sözügedən raketin Həştərxan vilayətindən buraxıldığı qeyd olunub. Bununla yanaşı, rusiyalı hərbçilərin Dneprə Tambov vilayətindən “MiQ-31K” qırıcıları ilə “Kinjal” raketləri, eləcə də “Ту-95МС” vasitəsilə yeddi ədəd “Х-101” qanadlı raketləri atdığı bildirilib.
Hücum nəticəsində tələfat və dağıntının olması barədə məlumat daxil olmayıb.

Daha çox xəbər:

Ukrayna Kurskdakı körpünü HİMARS-la vurdu
Gündəm / Cəmiyyət
Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı
Gündəm / Dünya
Rusiya ordusu Xerson şəhərini ələ KEÇİRDİ
Gündəm / Dünya
Ukrayna Krımda aerodromu vurdu
Gündəm / Sosial
Kiyevə raket hücumları nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB -1
Gündəm / Dünya