Gündəm
27 aprel 2019
103
Bakıda hospitalda yeni doğulmuş oğlan uşağı öldü

Bakıda yeni doğulmuş körpə ölüb.
BEŞ.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən "German" Hospitalda baş verib.
1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
