Gündəm / Cəmiyyət
25 noyabr 2024
0
Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
Prezident İlham Əliyev Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxiyə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan ilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə və əməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim firavanlıq və əmin-amanlıq arzulayıram".
Daha çox xəbər:
Prezident həmkarlarını təbrik etdi - Yenilənib
Gündəm / Cəmiyyətİlham Əliyev iranlı həmkarını təbrik etdi
Gündəm / Cəmiyyətİlham Əliyev Braziliyanın dövlət başçısını təbrik etdi
Gündəm / Siyasətİlham Əliyev litvalı həmkarını təbrik etdi
Gündəm / Siyasətİlham Əliyev Laos Prezidentini təbrik etdi
Gündəm / Siyasət