Gündəm / Cəmiyyət
25 noyabr 2024
0
Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB
Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Daxil olan məlumata əsasən, DGK bildirir ki, qeyd olunan sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiq edilməsidir.
Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.
Daha çox xəbər:
Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? - Video
Gündəm / Cəmiyyət“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edildi
Gündəm / CəmiyyətDYP-dən sürücülərə plyonka XƏBƏRDARLIĞI: Cərimə oluna bilərsiniz
Gündəm / SosialBu il ölkəyə idxal olunan nəqliyyat vasitələrinin sayı
Gündəm / İqtisadiyyatİran qonşu ölkələrlə sərhədləri bağladı
Gündəm / Dünya