Gündəm / Dünya
25 dekabr 2021
134
İran qonşu ölkələrlə sərhədləri bağladı
İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərarına əsasən, bu gündən (25 dekabr) İran qonşu ölkələrlə sərhəddə 15 gün müddətinə sərnişinlərin keçidini bağlayıb.
Bu haqda məlumat verən İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib ki, qonşu ölkələrlə sərhədlərin vətəndaşlar üçün bağlanmasının səbəbi koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaqdır.
Lətifi əlavə edib ki, hazırda İran Türkiyə, İraq, Azərbaycan, Pakistan, Əfqanıstan və digər ölkələrlə sərhəd-gömrük məntəqələrini bağlayıb. Sadəcə, diplomatlar və ailələri, daimi yaşamaq, təhsil, müalicə və ticarət icazəsi olan şəxslər sərhədlərdən keçə bilərlər.
“Qonşu ölkələrlə ticarət üzrə bütün sərhəd-keçid məntəqələri fəaliyyət göstərir və heç bir məhdudiyyət tətbiq olunmayıb”, - deyə o bildirib.
Daha çox xəbər:
İranlı nazir müavini: Azərbaycan sayəsində İranın ticarəti artdı (FOTO)
Gündəm / İqtisadiyyat / Dünya / FotoAzərbaycan İran dostluğ əlaqələri günü - gündən genişlənir
Gündəm / İqtisadiyyat / Cəmiyyət / SosialAzərbaycanın İranla dostluğu bizim strateji siyasətmizdir: İranın vitse prezidenti Bağır Nobəxt
Siyasət / DünyaXİN sözçüsü: İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə heç bir sərhəd tanımır
Siyasət / Dünyaİran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir.
Gündəm / Siyasət / Cəmiyyət / Dünya