Siyasət / Dünya
18 avqust 2020
42
Azərbaycanın İranla dostluğu bizim strateji siyasətmizdir: İranın vitse prezidenti Bağır Nobəxt
Qonşu ölkələrlə əlaqələrin inkişafı İran İslam Respublikasının strateji siyasətidir.
Millitv.az İranın vitse prezidenti və Proqram və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Bağır Nobəxt bildirmişdir ki, İran qonşularla münasibətləri inkişaf etdirmək üçün təyin olunmuş siyasət və doktrina əsasında hərəkət edir ki, bu əlaqələr gündən-günə arzu olunan şəkildə inkişaf etsin. Məhəmməd Bağır Nobəxt 17 avqust 2020-ci il tarixində Ərdəbilə səfəri zamanı jurnalistlərlə müsahibəsində demişdir ki, Azərbaycan Respublikası İranla ən arzu olunan münasibətlərə malik olan qonşu ölkələrdən biridir. Bu əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir ki, iki dost və qonşu ölkə bir-birinin yanında ortaq hədəflərə doğru irəliləyirlər. İki dost və qardaş ölkə olan İran və Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün hər zaman bir-birinin yanında olmuş və hal hazırda da bu münasibətlərin möhkəmləndirilməsi üçün birgə addımlar atılır. Ümid edirik ki, bu səylərin bəhrəsini görəcəyik.
Azərbaycan Respublikası ilə qonşu bir əyalət olaraq Ərdəbil əyalətində sənaye şəhərciyinin yaradılması, dəmir yolu xəttinin birləşdirilməsi, habelə yük terminalının inşası kimi ortaq sərhəd layihələri davam edir. Onların istismarı ilə bu əlaqələrin güclənməsinə kömək edəcəyimizə ümid edirik. Bu birgə layihələrin inşası hökumətin qonşu ölkələrlə münasibətləri möhkəmləndirmək öhdəliyinin bir hissəsidir. Ümid edirik ki, növbəti illərdə bu münasibətlər hər iki ölkənin daha da çiçəklənməsinə səbəb olacaqdır. Bəzi anlaşılmazlıqlara baxmayaraq münasibətlərin möhkəmləndirilməsi dostcasına aparılmaqdadır.

Daha çox xəbər:
Azərbaycan İran dostluğ əlaqələri günü - gündən genişlənir
Gündəm / İqtisadiyyat / Cəmiyyət / SosialMəhəmməd Cavad Zərif: "Azərbaycan İran üçün əhəmiyyəti dövlətdir"
Gündəm / Dünyaİranın Bakıdakı Səfirliyinin Ramazan Bayramı Təbriki
DünyaAzərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər
İqtisadiyyat / Dünyaİran Azərbaycanla preferensial ticarət müqaviləsi üzrə müzakirələrə başlayıb
İqtisadiyyat / Dünya