İqtisadiyyat / Dünya
19 iyun 2020
76

Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər

Milliinfo.az Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər
İQTİSADİYYAT

Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilərİranın İqtisadi İşlər və Maliyyə Naziri ilə Azərbaycan Respublikası Baş nazirinin müavini arasında telefon danışığı baş tutub
İranın İqtisadi İşlər və Maliyyə Naziri və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri doktor Fərhad Dejpəsənd 16 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın azərbaycanlı sədri Şahin Mustafayevə zəng etmişdir.
Doktor Fərhad Dejpəsənd bu telefon danışığı əsnasında koronavirus pandemiyası zamanı Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyməməsini arzulamış və mövcud vəziyyətdə iki ölkə arasında münasibətləri dərinləşdirmək sahəsində göstərdiyi səmimi səylərinə görə cənab Şahin Mustafayevə təşəkkür etmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, birgə əməkdaşlıq və qarşılıqlı köməklərimiz nəticəsində iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndiyini və gücləndiyini görə bilərik.
İranın İqtisadi İşlər və Maliyyə Naziri özünün azərbaycanlı həmkarını İrana səfərə dəvət etmiş və ümidvar olduğunu bildirmişdir ki, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü Birgə İqtisadi Komissiyanın iclası yaxın gələcəkdə Tehranda keçirilə bilər.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri Şimal-cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycan Respublikasının giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açmış və bu zəhmətkeş sinfin problemini həll etmək üçün cənab Şahin Mustafayevdən kömək istəmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirmişdir: korona xəstəliyi ilə mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atmışdır.
O, həmçinin İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirmişdir ki, hər bir mövzunu ayrı ayrılıqda müvafiq orqanların məsul şəxsləri ilə müzakirə etmişik və bir-birimizin sıx əməkdaşlığı nəticəsində bu layihələri ən qısa müddətdə yekunlaşdırmağa çalışacağıq.
Səhiyyə protokollarına tam riayət edilməklə yaxın gələcəkdə Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının 14-cü iclasının Tehranda keçiriləcəyinə ümid edilir.
İranın Bakıdakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri, İran və Azərbaycan Dövlətlərarası Müştərək Komissiyasının iranlı həmsədri Fərhad Dejpəsənd Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon söhbətində deyib.
F.Dejpəsənd bununla əlaqədar Azərbaycanın baş nazirinin müavinini İrana səfərə dəvət edib.

Onun sözlərinə görə, iki ölkənin birgə əməkdaşlığı və köməyi nəticəsində iqtisadi münasibətlər inkişaf edəcək.
Telefon söhbətində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev də ikitərəfli münasibətlərin inkişafından məmnun qaldığını bildirib.

Qeyd edək ki, ötən il İranın Ərdəbil vilayətinin Biləsuvar rayonunda İran və Azərbaycanın birgə sənaye parkının yaradılması üzrə ilkin razılıq əldə olunub.