Siyasət / Dünya
30 aprel 2020
521
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub 30 Aprel, 2020 17:53
Milliinfo.az
30 Aprel, 2020 17:53
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faisal bin Farhan Al Saud ilə telefon söhbəti baş tutub.
XİN-dən "Report"a verilən məlumata görə, tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Tərəflər Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunan Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub

Daha çox xəbər:

Azərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
Cəmiyyət
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Dünya
Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası yaxın vaxtda keçirilə bilər
İqtisadiyyat / Dünya
Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / Dünya
“Pandemiya şəraitində həmrəylik vacibdir” - İlham Əliyev
Siyasət