İqtisadiyyat / Dünya
19 iyun 2020
65

İran Azərbaycanla preferensial ticarət müqaviləsi üzrə müzakirələrə başlayıb

Milliiknfo.az

İran Azərbaycanla preferensial ticarət müqaviləsi üzrə müzakirələrə başlayıb



İran Azərbaycanla preferensial ticarət müqaviləsi üzrə müzakirələrə başlayıb Respublikasının Azərbaycan Respublikasındakı səfiri İran Ticarət Palatasının beynəlxalq əlaqələr üzrə müavini və bu palatanın bəzi qurumlarının və komissiyalarının rəhbərləri ilə videokonfrans keçirmişdir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə İran Ticarət Palatasının beynəlxalq əlaqələr üzrə müavini Dr.
Məhəmməd Rza Kərbasi ilə keçirilən videokonfransda son illərdə İranla Azərbaycanın ticarət dövriyyəsinin 5 dəfə artmasına işarə edərək koronavirus dövründə iki ölkə arasında ticarət və sərhəd mübadiləsini şərh etmişdir.

Cavad Cahangirzadə səfirliyin İranın tranzit yük maşınlarının Azərbaycan ərazisindən maneəsiz gediş-gəlişinin təmin edilməsi üçün gördüyü işləri və Azərbaycan tərəfinin bu işdə səmimi əməkdaşlığını vurğulamışdır.

Səfir İranın Ali liderinin İranla Azərbaycanın ticarət dövriyyəsinin 5 milyard dollaradək artırılması üçün potensialın mövcudluğu barədə dediklərini xatırlayaraq , videokonfransda iştirak edənlərin suallarını cavablandırmışdır. O, iki ölkənin özəl sektorları arasında ticarət əlaqələrinin yaxşılaşdırılması və genişləndirilməsi barədə özəl sektor nümayəndələrinin təkliflərini müsbət qarşılayaraq bu təkliflərin həyata keçməsini səfirliyin gündəliyində olacağını bildirdi.

Görüşdə həmçinin İran yük avtomobillərinin iki ölkənin gömrük məntəqələrində qarşılaşdığı bəzi problemlərin həlli üçün səfirliyin yaxından məşğul olacağı qeyd edildi.

Dr. C.Cahangirzadə həmçinin İranla Azərbaycan arasında icra olunan müştərək layihələrin son vəziyyətihi şərh edərək müştərək sənaye şəhərciyinin tikilməsi üçün səfirliyin gündəliyində olan layihələrə və həmçinin Azərbaycanla preferensial ticarət müqaviləsinin hazırlanması üçün texniki müzakirələrin başlanmasına işarə etdi və dedi: İnşallah bu layihələrin icrası ilə iki ölkə arasında ticarətin daha da artmasının şahidi olacağıq.
.