Gündəm / Cəmiyyət
03 dekabr 2024
0
BMT rəsmisi: Əlilliyi olan şəxslərin rifahının təmin edilməsi hər birimizin üzərinə düşən vəzifədir
Əlilliyi olan şəxslərin rifahının təmin edilməsi hər birimizin üzərinə düşən vəzifədir.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş "Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi" mövzusunda keçirilən tədbirdə deyib.
O, COP30-a qədər iqlim dəyişmələrinə qarşı tədbirlərdə inklüzivliyə daha çox töhfə verilməsinin vacibliyini vurğulayıb:
"Ən təxirəsalınmaz məsələlərdən biri də iqlim dəyişmələri ilə mübarizədir. Azərbaycan COP29-a çox yaxşı ev sahibliyi etdi və tədbir uğurla başa çatdı. Məlumdur ki, COP29 sədrliyi Braziliyada COP30 keçirilənə qədər Azərbaycanın əlində qalır.
Biz həmin tədbirə qədər elə etməliyik ki, inklüzivliyə daha çox töhfə verək və hər kəsin öz səsini çatdırmaq üçün bir yeri olsun. COP29 çərçivəsində həm Mavi, həm də Yaşıl zonada bu, təşkil edilmişdi”.
V.Andreeva bildirib ki, əlilliyi olan şəxslər dünya əhalisinin 16 faizini təşkil edir:
"Həmin şəxslərin rifahının təmin olunması hər birimizin üzərinə düşən vəzifədir. Sentyabr ayında Nyu-Yorkda çox önəmli bir tədbir keçirildi və orada mühüm sənəd qəbul olundu. O sənəddə 17 dayanıqlı inkişaf məqsədi qeyd edilib, müyəssərlik prinsipinin daha geniş şəkildə tətbiq olunması xüsusi vurğulanıb".
Daha çox xəbər:
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Gündəm / Cəmiyyətİlham Əliyev BMT-nin icraçı katibini qəbul etdi - YENİLƏNİB
CəmiyyətTürkiyə COP29-da üzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq
Gündəm / CəmiyyətPrezidentdən “Pre-COP29”un iştirakçılarına müraciət
CəmiyyətHikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”
Gündəm / Siyasət