Gündəm / Siyasət
04 dekabr 2024
0
Ceyhun Bayramov Maltaya getdi

Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək.
Bununla yanaşı, nazirin tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
