Gündəm / Dünya
04 dekabr 2024
0
Müdafiə Sənayesi Nazirliyi yeni şirkət yaradıb - Nizamnamə kapitalı 6 milyon manat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Zireh" MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkətin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC ilə eyni - Bakı şəhəri, Sabunçu rayonu, 18 oktyabr küçəsi, 106, nizamnamə kapitalı 6 milyon manat, qanuni təmsilçisi isə Abas Nazir oğlu Quliyevdir.
O, həm də adı çəkilən zavodun direktorudur.
"Zireh"in Müşahidə Şurasının üzvləri də açıqlanıb. Bunlar MSN-nin Maliyyə və uçot şöbəsinin müdir müavini Səbinə Rafiq qızı Mustafayeva, nazirliyə məxsus “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin Direktorun müavini və Baş Maliyyə Direktoru Orxan Aydın oğlu Yusibov, eləcə də Fərahim Pərviz oğlu Hüseynzadədir.(Report)
Daha çox xəbər:
Bakıda nizamnamə kapitalı 4 milyon manata yaxın olan şirkət yaradılıb
İqtisadiyyat"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır
Gündəm / ŞouGecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - YENİ ADLAR
Gündəm / Cəmiyyət"Vosmoy bazarı" ləğv olunur
Gündəm / İqtisadiyyat“Christian Dior” Azərbaycandakı şirkətini ləğv etdi
Gündəm / Cəmiyyət