Gündəm / Cəmiyyət
05 dekabr 2024
0
Nəbatat Bağına giriş neçəyədir?

Ötən həftə təmirdən sonra açılışı edilən Mərkəzi Nəbatat Bağına giriş qiymətləri dəyişməyib.
Bu barədə mətbuat nümayəndələri üçün Mərkəzi Nəbatat Bağına mediatur zamanı bildirilib.
Qeyd olunub ki, giriş qiymətləri hələ ki 2 manatdır və bu məbləğ 2013-cü ildə qəbul edilən qərara əsasən müəyyənləşib.
Onu da əlavə edək ki, bu gündən Mərkəzi Nəbatat Bağı vətəndaşlar üçün açılıb.
***
Bağın laboratoriya müdiri, botanik Asif Mehralıyev jurnalistlərə açıqlamasında bildirib ki, Mərkəzi Nəbatət Bağı ərazisinə abadlıq işləri çərçivəsində yeni 116 növ bitki gətirilib.
Onun sözlərinə görə, bu, çox böyük rəqəmdir. Bu bitkilər ölkənin hava temperaturuna uyğunlaşdırılıb, adaptasiya prosesindən keçib.

Daha çox xəbər:

Mərkəzi Nəbatat Bağı ilə bağlı yeni layihə hazırlanır
Cəmiyyət
Nəbatat Bağının yenidən qurulmasına 25 milyon ayrıldı - SƏRƏNCAM
Gündəm / Cəmiyyət
Prezident və birinci xanım Mərkəzi Nəbatat Bağında aparılan işlərlə tanış olublar
Siyasət
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
Gündəm / Siyasət
Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - Fotolar
Gündəm / Siyasət