Gündəm / Dünya
07 dekabr 2024
0
KİV: Suriya üsyançıları İsrail sərhədi yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürüblər

Suriya üsyançıları İsrailin nəzarətində olan Qolan təpələri yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürdüklərini bəyan ediblər.
Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Quneytra ölkənin cənub-qərbində, İsraillə şərti sərhədin keçdiyi eyniadlı əyalətin inzibati mərkəzidir.
Öz növbəsində, İsrail KİV-i hökumət qüvvələrinin Quneytradan geri çəkildiyini bildirib.
Qeyd edək ki, daha əvvəl ölkənin cənub-qərbindəki Dera və Suveyda əyalətlərindən Suriya bölmələrinin geri çəkilməsi barədə məlumat verilmişdi.

Daha çox xəbər:

KİV: Suriya qoşunları Hələb yaxınlığında əks-hücuma keçib
Gündəm / Dünya
Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər
Gündəm / Dünya
KİV: Əsəd Türkiyə ilə təmaslar axtarmağa başlayıb
Gündəm / Dünya
Suriya ordusu Həmadan geri çəkilib
Dünya
“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib
Gündəm / Hadisə