Gündəm / Cəmiyyət
16 dekabr 2024
0
Bu gündən “Media Savadlılığı” Həftəsinə start verilir
Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilir.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Həmçinin həftə rəzində mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası baş tutacaq.
Bundan başqa, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi, medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi, ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.
Daha çox xəbər:
"İnformasiya mühitindəki proseslər media savadlılığının artırılmasını zəruri edib" - Əhməd İsmayılov
Gündəm / Cəmiyyət“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb - FOTOLAR
Gündəm / Cəmiyyət“Gənclərin media savadlılığının artırılması” layihəsi başlayır
Gündəm / Şou“Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarları başladı
CəmiyyətTDT dövlətlərinin jurnalistləri üçün təlimin açılışı olub - FOTOLAR
Gündəm / Cəmiyyət