Gündəm / Cəmiyyət
17 dekabr 2024
1
Dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Şəkidə 28 m/s, Laçında 24 m/s, Oğuzda 23 m/s, Tərtərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 19 m/s, Kəlbəcərdə 21 m/s, Zəngilan, Bərdədə 20 m/s, Mingəçevir, Naftalan, Daşkəsəndə 18 m/s, Ağdam, Şəmkir, Göygol, Gədəbəydə 16 m/s-dək güclənib.
Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Daha çox xəbər:

Şahdağa 12 sm qar yağıb - Faktiki hava
Gündəm / Cəmiyyət
Əsrikçaydan sel keçib, Qubadlıya dolu düşüb - Faktiki hava
Gündəm / Cəmiyyət
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Gündəm / Cəmiyyət
Azərbaycanın bəzi ərazilərində qarın hündürlüyü 9 sm-ə çatıb
Cəmiyyət
Bəzi rayonlar intensiv yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
Gündəm / Cəmiyyət