Gündəm / Cəmiyyət
18 dekabr 2024
0
Ödənişli yoldan istifadə edənlərin nəzərinə
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın tətbiqinə başlanılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Sürətli Keçid Kartı”nı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
“Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı” sahiblərinin istifadə etməsi nəzərdə tutulur.
Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən “Sürətli Keçid Kartı”nı əldə etmələri xahiş olunur”, - agentlik bəyan edib.
“Sürətli Keçid Kartı”nın əldə edilməsi və istifadə qaydaları ilə videodan tanış ola bilərsiniz:
Daha çox xəbər:
Ödənişli yoldan necə istifadə edəcəyik? - Qaydalar+Video
Gündəm / CəmiyyətSürücülərin nəzərinə: Bakı-Quba yolunda tikinti aparılacaq
Gündəm / CəmiyyətÖdənişli yolda sürət həddi müəyyənləşdi - Radar da quraşdırılacaq
Gündəm / CəmiyyətAzərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?
Gündəm / CəmiyyətBakı-Quba yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Gündəm / Şou