Gündəm / Cəmiyyət
20 dekabr 2024
0
Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycanda qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman Şimal yarımkürəsində ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) müşahidə olunacaq.
Alimlərin hesablamalarına görə, dekabrın 21-i bu ilin ən qısa günü olacaq.
21 dekabr qış gündönümü günüdür. Alimlər bildiriblər ki, 21dekabrda gecənin müddəti maksimum, gündüzün müddəti isə minimum olacaq. Sonra gün tədricən uzanmağa başlayacaq.
