Gündəm / Cəmiyyət
23 dekabr 2024
1
QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir
Bəzi din xadimləri vahid geyim formasına əməl etmir.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan din xadimlərinin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun artırılmasında vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir.
A.Paşazadə vurğulayıb ki, illər əvvəl Azərbaycanın milli xüsusiyyət və tarixi ənənələri ehtiva edən geyim forması işlənib, hazırlanıb, tətbiq edilib.
QMİ sədrinin sözlərinə görə, vahid ruhani formasının qəbulunda məqsəd hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir:
"Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır".
Daha çox xəbər:
Həkimlər üçün vahid geyim forması müəyyən edildi
Gündəm / Cəmiyyət"Erməni kilsəsini dostluğa çağırıq" - Allahşükür Paşazadə
Gündəm / SiyasətAllahşükür Paşazadə BƏƏ-yə getdi
Gündəm / CəmiyyətQMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək - YENİLƏNİB
Gündəm / CəmiyyətNazirdən vahid məktəbli formasına keçidlə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət