Gündəm / Cəmiyyət
23 dekabr 2024
1
Tibb müəssisələrində yoxlama: 131 nəfər məsuliyyətə cəlb olunub
“2024-cü il 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində tibb müəssisələrində 32 yerində yoxlama həyata keçirilib, aparılmış araşdırma aparılıb, 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub”.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmənin fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, 7 növbədənkənar monitorinq həyata keçirilib:
“Aparılmış monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib”.
Daha çox xəbər:
Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb edildi
Gündəm / HadisəHəkimlər üçün vahid geyim forması müəyyən edildi
Gündəm / CəmiyyətTƏBİB-in icraçı direktoru: Tibbi xidmət müqabilində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır
Gündəm / CəmiyyətSünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Gündəm / CəmiyyətBakıda 24 təhsil müəssisəsində tibb xidməti yoxdur - RƏSMİ
Gündəm / Cəmiyyət