Gündəm / Dünya
24 dekabr 2024
0
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elmin Rüstəmov iş üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim təyin edilib.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
Daha çox xəbər:
Dövlətə xəyanət ittihamı ilə tutulan redaktorun cəzası azaldıldı
Gündəm / SiyasətValidə Yusifova DTX tərəfindən həbs edildi - Şok səbəb
Gündəm / CəmiyyətSəlim Müslümov hakim qarşısına çıxarılır
Gündəm / Cəmiyyət“Qurtuluş 93” şirkətinin sədri HƏBS EDİLDİ
Gündəm / HadisəRüşvətə görə tutulan dekanın məhkəməsi başlayır
Gündəm / Hadisə