Gündəm / Cəmiyyət
25 dekabr 2024
0
“Pilotlar olmasaydı, hamımız ölmüşdük” - Hadisə şahidi
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın təyyarəsindən sağ çıxan 48 yaşlı sərnişin baş verənlərin təfərrüatlarını bölüşüb.
Sərnişinin sözlərinə görə, təyyarə bir neçə dəfə yerə enməyə cəhd etsə də, buna nail ola bilməyib. Daha sonra sərnişinlər yüksək səs eşidiblər və bundan sonra təyyarə dövrə vurmağa başlayıb.
“Pilotların sayəsində, onlar öz manevrləri ilə bizi xilas etdilər. Onlar olmasaydı, hamımız ölərdik. Quyruq hissəsi bağlandı”, - deyə Sübxonkul bildirib.
48 yaşlı kişinin sözlərinə görə, onun yanında oturanların hamısı sağ qalıb. Sübxonkul möcüzəvi şəkildə yara almayıb, o, Yekaterinburqda yaşayır, iş üçün Qroznıya uçurmuş. (Zakon)
Daha çox xəbər:
Təyyarə qəzasında sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır
Gündəm / CəmiyyətAZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Gündəm / Hadisə4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Hadisəİranda hərbi təyyarə qəzaya uğradı
DünyaPriqojin hara uçurmuş?
Gündəm / Dünya