Gündəm / Cəmiyyət
25 dekabr 2024
0
Qəza ilə bağlı psixoloji dəstək qrupu yaradıldı

Bakı-Qroznı reysi üzrə uçan təyyarənin qəzaya uğraması nəticəsində zərərçəkən ailələrə dəstək məqsədilə psixoloqlardan ibarət qrup yaradılıb.
Qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib.
Bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirirlməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Daha çox xəbər:

AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB
Gündəm / Hadisə
Prezident başsağlığı verdi
Gündəm / Siyasət
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
Gündəm / Cəmiyyət
Prezident İlham Əliyevin olduğu təyyarə Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib
Gündəm / Siyasət
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
Hadisə