Gündəm / Cəmiyyət
27 dekabr 2024
0
Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 29-da keçiriləcək

Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 29-da keçiriləcək.
Bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib.
Sədr qeyd edib ki, toplantının gündəliyi haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Bu il Nazirlər Kabinetinin qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da, 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri, 28 və 29 dekabr 2024-cü il tarixləri iş günləri olacaq.
Beləliklə, parlamentin payız sessiyası dekabr ayının sonuncu iş günüdə, ayın 29-u başa çatacaq.

Daha çox xəbər:

Yeni ildə 7 gün ardıcıl iş olmayacaq
Gündəm / Cəmiyyət
Bayram tətili başlayır: 1 həftə iş olmayacaq
Gündəm / Siyasət
Parlamentin payız sessiyası: İlk plenar iclas bu tarixdə olacaq
Gündəm / Siyasət
Milli Məclisin dekabrın 3-4-dəki plenar iclasında büdcə müzakirələri davam edəcək - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Deputatlar tətilə çıxdı
Gündəm / Siyasət