Gündəm / Cəmiyyət
14 yanvar 2025
0
72 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 122 nəfər ilk dəfə səs verəcək
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 72 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 122 nəfər ilk dəfə səs verəcək.
"Report"un Muğan bürosuna bu barədə dairənin seçki komissiyasının sədri Mehman Rzayev məlumat verib.
Sədr qeyd edib ki, onlardan 55 nəfəri kişi, 67 nəfəri isə qadındır. İki nəfər seçicinin isə, seçki günü - 29 yanvar tarixində 18 yaşı tamam olacaq.
Qeyd edək ki, 72 saylı Cəlilabad şəhər seçki dairəsində 290 namizəd qeydə alınıb. 49 049 seçicisi olan Seçki dairəsinin hüdudları daxilində 47 seçki məntəqəsi texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, elektrik generatorları işlək vəziyyətdədir. Beş məntəqədə veb kameralar quraşdırılıb.
Daha çox xəbər:
MSK-nın iclasında nələr müzakirə edildi...
---Azərbaycan seçkiləri RƏQƏMLƏRDƏ
Gündəm / CəmiyyətPrezident Xankəndidə 100% səs TOPLADI
Gündəm / SiyasətBir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Gündəm / DünyaBir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Gündəm / Dünya